
AFFA rəhbərliyi yenilik etməyə hazırlaşır.
Bu barədə redaksiyamıza son dəqiqə məlumatı daxil olub.
Aldığımız informasiyaya görə, federasiya Azərbaycanda ilk dəfə U-12 yığmasını təsis eləmək niyyətindədir. Bununla bağlı qurum daxilində fikir mübadiləsi aparılıb və ilkin razılıq verilib.
Federasiyadan saytımıza bildirildiyinə görə, rəhbərlik U-14-ün formalaşdırılması ideyası üzərində də dayanıb.
Bura AFFA-nın təşkil etdiyi U-13 Liqasında özünü yaxşı tərəfdən göstərən futbolçular cəlb olunacaq.
U-14 yığmasının ərsəyə gətirilməsinin məğzində perspektivli uşaq və yeniyetmələrin keçid dövründə gözdən itməsinin qarşısını almaq, onları üst yaş qrupları üzrə milillərə ötürməkdir.
Federasiyanın araşdırmasına görə, məhz bu yaş dövrünə çatanda oyunçuların əksəriyyəti futbolla vidalaşır, nəticədə U-15 və U-16 yığmalarının «seçim hovuz»u məhdudlaşır.
SPORTİNFO.AZ