![“Azərbaycan komandası ilə yenidən maraqlanacağıq”](https://www.sportinfo.az/media/2025/02/13/dimitrovaleksandrbolqaria1739357584.jpg)
Bolqarıstanın U-21 yığmasının baş məşqçisi Aleksandr Dimitrov AVRO-2027-nin püşkatma mərasiminin nəticələrinə əsasən, Azərbaycanla eyni qrupda yer almasından bəhs edib.
Sportinfo.az xəbər verir ki, federasiyanın rəsmi saytına danışan bolqar mütəxəssis yığma komandamız barədə bunları deyib:
"Qrupun favoriti Portuqaliya yığmasının olduğu açıq-aşkar görünür. Deyə bilərik ki, 4-cü səbətdən ən güclü rəqib isə Şotlandiyadır.
Çünki onlar ən yüksək reytinqə malik idilər. Rəqiblərimizdən biri Azərbaycandır.
Biz Azərbaycanla bu yaxınlarda yoldaşlıq oyunu keçirmişdik.
Baxmayaraq ki, o vaxt onların geniş heyəti var idi. Hər halda yenidən onlarla maraqlanacağıq".
Komandamızın rəqibləri Bolqarıstanla yanaşı, Portuqaliya, Çexiya, Şotlandiyadır.