!["Sabah"dan getdi, “Sumqayıt”dan gəldi - Yığmada dəyişiklik edildi](https://www.sportinfo.az/media/2025/02/13/u17yigmamiz1739356620.jpg)
17 yaşadək futbolçulardan ibarət Azərbaycan komandasının heyətində dəyişiklik edilib.
Sportinfo.az AFFA-ya istinadən xəbər verir ki, "Sabah"ın oyunçusu İbrahim Xəlilov zədələndiyi üçün onun yerinə “Sumqayıt”ın üzvü Emil Həsənov milliyə dəvət olunub.
U-17 fevralın 13-dək Bakıda təlim-məşq toplanışı keçəcək. Komanda fevralın 14-dən 22-dək Belarusun paytaxtı Minskdə gənclər arasında İnkişaf Kuboku turnirində iştirak edəcək.