![Milli "Qarabağ"ı uddu](https://www.sportinfo.az/media/2025/02/12/211499_muk6ovqe6i.jpg)
Bakıda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoxlama oyunu keçirib.
Sportinfo.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
U-17 “Qarabağ” klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Oyun millimizin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları 67-ci dəqiqədə Emil Usubov, 70-ci dəqiqədə Emil Həsənov və 85-ci dəqiqədə Əhməd Vəliyev vurub.
U-17 millimiz fevralın 14-dən 22-dək Belarusun paytaxtı Minskdə gənclər arasında İnkişaf Kuboku turnirində iştirak edəcək.