COP29

"Azərbaycan çox da tanınmayan komandadır, məlumatımız azdır"

01:10 Milli komanda 85
"Azərbaycan çox da tanınmayan komandadır, məlumatımız azdır"

Çexiyanın U-21 yığmasının baş məşqçisi Yan Suxoparek AVRO-2027-nin seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer almaqlarını şərh edib.

Sportinfo.az xəbər verir ki, çex mütəxəssis yığmamız haqda çox da məlumatlı olmadığını deyib:

"Çox maraqlı qrupdur. Uzun müddətdir ki, oynamadığımız rəqiblərlə qarşılaşacağıq.

Portuqaliya və Şotlandiya çox güclüdür. Amma Azərbaycan çox da tanınmayan komandadır.

Onlar haqda məlumatımız azdır. Məqsədimiz ən azından pley-off oyunlarını oynamaq üçün ikinci pilləni tutmaqdır".

Azərbaycan seçmə mərhələyə Portuqaliya ilə səfər oyunu (5 sentyabr) ilə başlayacaq. Qrupda Çexiya və Portuqaliya ilə yanaşı, Bolqarıstan və Şotlandiya yığmaları da yer alıb.

Digər Xəbərlər
Xəbər Lenti
8 Fevral 18:10 Çək və bizə göndər!