COP29

AFFA Fernandu Santuşdan uzaq tutduğu şəxsə yeni vəzifə verir?

8 Fevral 22:20 Milli komanda 495
AFFA Fernandu Santuşdan uzaq tutduğu şəxsə yeni vəzifə verir?

Azərbaycanın 21 yaşlılardan ibarət milli komandasını kimin çalışdıracağına böyük ölçüdə aydınlıq gəlib.

AFFA rəhbərliyi Samir Əliyevin gedişindən sonra boş qalan posta Zaur Həşimovu gətirmək istəyir.

Federasiya başbilənləri son anda fikir dəyişməsə, yaxın günlərdə təyinat rəsmiləşəcək.

PRO kateqoriyalı mütəxəssis hazırda "Zirə-2"ni çalışdırır.

O, daha əvvəl "Qəbələ"də məşqçi, U-18 millimizdə və "Zirə"də isə baş məşqçi kimi fəaliyyət göstərib.

Maraq üçün bildirək ki, bir müddət əvvəl Zaur Həşimovun əsas milli komandanın baş məşqçisi Fernandu Santuşun köməkçisi təyin olacağı gündəmdə idi.

Hətta federasiya ilə məşqçi arasında ilkin razılıq da əldə edilmişdi.

Amma sonda heç namizədlər arasında adı olmayan "Sabah"ın sabiq məşqçisi Rəşad Eyyubov milli komandaya işə götürüldü.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
8 Fevral 18:10 Çək və bizə göndər!