COP29

Azərbaycanda yeni milli komanda yaradılır - SON DƏQİQƏ

10:40 Milli komanda 951
Azərbaycanda yeni milli komanda yaradılır - SON DƏQİQƏ

Azərbaycanda yeni milli komanda yaradılır.

Bu haqda AFFA-dan redaksiyamıza məlumat daxil olub.

Federasiyadan saytımıza bildirildiyinə görə, rəhbərlik U-14-ün formalaşdırılması ideyası üzərində dayanıb.

Bura AFFA-nın təşkil etdiyi U-13 Liqasında özünü yaxşı tərəfdən göstərən futbolçular cəlb olunacaq.

U-14 yığmasının ərsəyə gətirilməsinin məğzində perspektivli uşaq və yeniyetmələrin keçid dövründə gözdən itməsinin qarşısını almaq, onları üst yaş qrupları üzrə milillərə ötürməkdir.

Federasiyanın araşdırmasına görə, məhz bu yaş dövrünə çatanda oyunçuların əksəriyyəti futbolla vidalaşır, nəticədə U-15 və U-16 yığmalarının «seçim hovuz»u məhdudlaşır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti