Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisinin baş məşqçisi İlham Yadullayevin müqavilə müddəti artırılıb.
Sportinfo.az xəbər verir ki, bu barədə AFFA İcraiyyə Komitəsinin iclasında qərar qəbul edilib.
Sözləşmənin müddəti “UEFA İnkişaf Turniri-2025”də iştirakla əlaqədar mayın 1-dək uzadılıb.
Digər yaş qrupları üzrə milli komandaların baş məşqçilərinin təyinatı komitənin növbəti iclasında müzakirə olunacaq.