COP29

Azərbaycan yığmasından imtina edən: “Mən necə peşman ola bilərəm?“

09:20 Milli komanda 145
Azərbaycan yığmasından imtina edən: “Mən necə peşman ola bilərəm?“

“Lokomotiv” və “Spartak”ın sabiq yarımmüdafiəçisi Aleksandr Səmədov Azərbaycan millisini deyil, Rusiya yığmasını seçməsi barədə növbəti dəfə açıqlama verib.

Sportinfo.az xəbər verir ki, o, "RB Sport"a müsahibəsində "Rusiya millisinin seçdiyinə görə peşman oldunuzmu" sualına cavab olaraq deyib:

"Məni federasiya (AFFA - red.) dəvət etmişdi. Amma mən bu qərarı (Rusiya millisini seçməsini - red.) verdim.

Bu, çox əvvəl olub. Mən hətta təfərrüatları belə xatırlaya bilmirəm.

Rusiya millisini seçdiyimə peşman olmuşanmı? Mən iki dünya çempionatında, Avropa çempionatında və Konfederasiyalar Kubokunda çıxış etmişəm.

Bu barədə yalnız xəyal edə bilərsiniz! Necə peşman ola bilərəm? Mən Rusiyada anadan olmuşam" .

Digər Xəbərlər
Xəbər Lenti