UEFA U-21 milli komandaları arasında Avro-2027-nin seçmə mərhələsinin püşkatma mərasimi üçün səbətləri açıqlayıb.
Sportinfo.az bu haqda Rusiyanın “Sport-ekspress” nəşrinə istinadla xəbər verir.
Püşkatma mərasimi fevralın 6-da UEFA-nın Nyon şəhərində keçiriləcək.
Qurumun 55 üzvündən 4-ü püşkatmada iştirak etməyəcək. Rusiya beynəlxalq yarışlardan kənarlaşdırıldığı, Serbiya və Albaniya final mərhələsinin ev sahibi olduğu, Lixtenşteyn.
Azərbaycan millisinə gəlincə, komandamız Belarus, Monteneqro, Bosniya və Herseqovina, Kipr, Latviya, Litva, Qazaxıstan və Lüksemburqla 5-ci səbətdə yer alıb.
Bu o deməkdir ki, həmin komandalar qrupda bir-birinə rəqib ola bilməyəcəklər. isə yarışa qatılmayacağı üçün mərasimdə təmsil olunmayacaq.
Ümumilikdə püşkatma üçün səbətlər aşağıda qeyd edilən kimidir:
1-ci səbət: İspaniya, İngiltərə, Portuqaliya, Niderland, Almaniya, Fransa, Ukrayna, İtaliya, Danimarka
2-ci səbət: Rumıniya, İsveçrə, Xorvatiya, Çexiya, Polşa, Norveç, Belçika, Gürcüstan, İrlandiya
3-cü səbət: Sloveniya, Finlandiya, İsveç, Avstriya, Slovakiya, Yunanıstan, İslandiya, Macarıstan, Bolqarıstan
4-cü səbət: Şotlandiya, Uels, İsrail, Şimali Makedoniya, Türkiyə, Kosovo, Şimali İrlandiya, Farer adaları, Moldova
5-ci səbət: Belarus, Monteneqro, Bosniya və Herseqovina, Kipr, Latviya, Litva, Qazaxıstan, Azərbaycan, Lüksemburq
6-cı səbət: Estoniya, Malta, Ermənistan, Andorra, Cəbəllütariq, San Marino.