Fatih Tekke Azərbaycan yığmasının baş məşqçisi təyin olunacaq.
Sportinfoi.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumatı yayıb.
47 yaşlı mütəxəssis AFFA-nın dəvəti ilə ölkəmizə səfər edib. O, “Liv Bona Dea Arena” və Milli Komandaların Təlim-Məşq Mərkəzində olub, orada yaradılmış şəraitlə tanış olub.
Türkiyəli həmkarlarımız Tekke ilə danışıqlar aparıldığını təkzib etməyiblər.
Fatih Tekkenin son işlədiyi klub "Alanyaspor" (2023-2024) olub.