AFFA-nın texniki direktoru Cahangir Həsənzadə aşağı yaş qrupları üzrə yığmaların baş məşqçi postlarına namizədlərin siyahısını hazırlayıb.
Bu haqda federasiyadan redaksiyamıza məlumat verilib.
Qurumdan saytımıza daxil olan informasiyaya görə, U-15, U-16, U-17, U-19 və U-21-də çalışmağa ümumilikdə 20-yə yaxın mütəxəssisin adı qeyd olunub.
Elə komanda var ki, ora 3, eləsi var ki, 4 məşqçi namizəddir.
Onlar AFFA İcraiyyə Komitəsinin (İK) qarşıdakı toplantısında müzakirəyə çıxarılacaq. İK-nin yığıncağının isə qarşıdakı günlərdə keçirilməsi nəzərdə tutulub.
Yanvarın 1-dən etibarən bu komandaların sükanı arxası boşdur. AFFA funksionerləri hazırda iki variantı nəzərdən keçirir - ya millilər əcnəbi məşqçilərə tapşırılacaq, ya da yerlilərə.
Vitse-prezident Elşad Nəsirov başda olmaqla, bir qrup xaricilərə üstünlük verməyin tərəfdarıdır. İcoaçı vitse-prezident və baş katib Sərxan Hacıyev isə azərbaycanlı məşqçilərin təyinatını istəyir.
Təbii ki, son söz «İspalkom»da deyiləcək. Burada isə Nəsirov səsvermə hüququna malikdir, Hacıyev yox.
SPORTİNFO.AZ