Azərbaycan yığması ilə bağlı yeni xəbərlər yayılıb.
Belə ki, Türkiyə mediasının (gettosport) iddiasına görə, “Sanderlend”in 22 yaşlı sol cinah müdafiəçisi Dennis Sirkin millinin idman direktoru İlqar Qurbanovun təşəbbüsü ilə yaxın gələcəkdə Azərbaycan vətəndaşlığı ala bilər.
Sportinfo.az xəbər verir ki, nəşr artıq AFFA-nın bu yöndə lazımi işləmlərə başladığını yazıb.
“Tottenhem”in yetirməsi olan, hazırda çempionşip klubu “Sanderlend”də çıxış edən futbolçu hələ karyerasının əvvəlindədir. Həm də İngiltərə U-21 yığmasının şərəfini qoruyan Dennisin Azərbaycanla hansısa bağlılığı yoxdur.
Həmçinin İlqar Qurbanovun yığmaya Sirkinlə bərabər “Midlsbro” formasını geyən Dan Barlaseri də qazandıracağı deyilir. 27 yaşlı futbolçu 6 nömrə mövqeyində çıxış edir.