COP29

“Onun çıxıb gedəcəyinə inanmıram, həyasızlığına salıb qalacaq”

4 Yanvar 09:25 Milli komanda 550
“Onun çıxıb gedəcəyinə inanmıram, həyasızlığına salıb qalacaq”

“Milli komandamızın baş məşqçisi Fernandu Santuşun uğursuzluqlara görə istefaya göndəriləcəyi deyilir.

Amma mən onun yola salınacağına inanmıram, çünki AFFA-nın Santuşun yanında dili gödəkdir”.

Sportinfo.az xəbər verir ki, bu sözləri teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, sadiq futbol azarkeşi Aqil Abbas deyib.

“Santuşla müqavilə bağlanıb. O da deyəcək ki, pulumu verin, sonra gedim! Həm də bu adamlar həyasızdır.

Berti Foqts vaxtilə necə həyasızlıq eləmişdisə, bu, ondan da geri qalan deyil. Ona görə də Santuş həyasızlığına salıb qalacaq”, - deyə o əlavə edib.

Millət vəkili vurğulayıb ki, təzminatını istəyəcək Santuşa veriləcək pul da yoxdur:

"Beləliklə, problem də, Santuş da qalacaq. Yüz dəfə deyirik, amma AFFA-nın vecinə deyil.

Yerli futbol mütəxəssislərimiz, məşqçilərimiz küçədə "it döyür". Amma onlar gedib xaricdən mənasız məşqçilər gətirir.

Onlar da bura gəlib 6 oyunda bir xal qazanırlar, nəticələr də göz önündə”.

Digər Xəbərlər
Xəbər Lenti
5 Yanvar 18:10 O da evləndi - FOTOLAR