COP29

Emin Mahmudovun yeri məlum...

02:20 Milli komanda 317
Emin Mahmudovun yeri məlum...

2026-cı il dünya çempionatının seçmə mərhələsindəki rəqiblərinin adlarını yeni öyrənən Azərbaycan millisinin indiyədək iştirak etdiyi 7 mundial seçmələrindəki 66 oyunda 34 qolundan 33-nü 22 futbolçu vurub, 1-ni rəqibi öz qapısına göndərib.

Sportinfo.az xəbər verir ki, idman.biz yığmamızın dünya çempionatlarının seçmələrindəki indiyədək vurduğu qolları nəzərdən keçirib.

Millimiz mundial seçmələrində qol hesabını ilk qatıldığı turnirin ikinci oyununda açıb. 1996-cı il avqustun 31-də Bakıda Tofiq Bəhramov adına respublika stadionunda İsveçrəyə qarşı keçirilən oyunun 28-ci dəqiqəsində matçın yeganə qolunu vuran Vidadi Rzayev komandamıza bu turnirdə ilk qələbəsini qazandırıb.

Rəqib meydanında ilk qolu həmin turnirdəki 3-cü səfər qarşılaşmasında sentyabrın 10-da Macarıstanın qapısından Vyaçeslav Lıçkin keçirib. Lakin bu qolun 1:3 hesabı ilə uduzan komandamıza faydası olmayıb.

Komandada bu yarışlarda yeganə dublu Əfran İsmayılov 2017-ci il sentyabrın 4-də San Marino ilə ev oyununda (5:1) edib.

Yığmada ən çox qolu Emin Mahmudov vurub. Mundial seçmələrində 4 dəfə fərqlənən Emin bunların hamısını eyni turnirdə - DÇ-2022-nin seçmələrində edib. 2 futbolçumuz 3 dəfə fərqlənib. Əfran İsmayılov 3 qolun hamısını DÇ-2018 seçmələrində vurduğu halda, Vaqif Cavadov ikisini DÇ-2010, birini DÇ-2014 seçmələrində vurub.

4 futbolçumuzun hesabında 2 qol var. Vadim Vasilyev (DÇ-2002), Elvin Məmmədov (DÇ-2010) və Ruslan Abışovdan (DÇ-2014) fərqli olaraq, Rəşad Sadıqov qollarını fərqli dövrdə (DÇ-2006, DÇ-2018) vurub. O, ikinci dəqiq zərbəsini ilk qolundan düz 13 il sonra vurub. Birinci dəfə 2004-cü ilin, ikinci dəfə isə 2017-ci ilin 4 sentyabrında fərqlənib. 2006-cı ilin dünya çempionatının seçmələrinin ilk oyununun (Azərbaycan – Uels, 1:1) 55-ci dəqiqəsində qol vuran Sadıqov, ümumiyyətlə həmin mundialın seçmələrində komandamızın yeganə qolunun müəllifi olub.

15 futbolçumuz - Vidadi Rzayev, Nazim Süleymanov, Vyaçeslav Lıçkin, Zaur Tağızadə, Fərrux İsmayılov, Rauf Əliyev, Mahir Şükürov, Rüfət Dadaşov, Rahid Əmirquliyev, Ruslan Qurbanov, Maksim Medvedev, Dmitri Nazarov, Araz Abdullayev, Ramil Şeydayev və Azər Salahlı dünya çempionatlarının seçmələrində hərəyə 1 qol vurub.

Sonuncu qolu 2021-ci ilin 11 noyabrında evdə Lüksemburqa 1:3 hesabı ilə uduzduğumuz oyunun 82-ci dəqiqəsində Azər Salahlı vurub. Bu, dünya çempionatı seçmələrində millimizin son görüşü idi.

Digər Xəbərlər
Xəbər Lenti
21 Dekabr 18:10 Çək və bizə göndər!
21 Dekabr 11:00 Işiniz AVAND olsun!
21 Dekabr 08:00 Hərbçimiz minaya düşdü
21 Dekabr 04:00 Komissiya sədri seçildi