“Ümid edirəm ki, DÇ-2026-nın seçmə mərhələsində Ukrayna rəqibləri öz meydanında qəbul edə biləcək. O zaman şanslarımız xeyli artacaq”.
Sportinfo.az xəbər verir ki, bunu Ukrayna millisinin sabiq qolkiperi Yuri Virt deyib.
O, DÇ-2026-nın püşkünü dəyərləndirib. Virt bildirib ki, ideal qrupda yer alıblar: “Düşünürəm ki, İslandiya və Azərbaycan məğlub edə biləcəyimiz ideal rəqiblərdir.
Logistika ilə bağlı bəzi çətinliklər var, ona görə də bir az uzun səfərlər olacaq. Ümumiyyətlə, bu rəqiblərə hörmətlə yanaşırıq.
Amma onları məğlub etməyə borcluyuq. Təbii ki, Fransa və ya Xorvatiya top komandalar arasında yer alır.
Xüsusilə Fransa, baxmayaraq ki, hazırda nəticələrlə bağlı bəzi problemləri var. Liderlik uğrunda mübarizə aparmalıyıq”.
D qrupunda yer alan Azərbaycan Ukrayna ilə 2025-ci il sentyabrın 9-da evdə, oktyabrın 13-də isə səfərdə oynayacaq.