COP29

Azərbaycan millisinin sabiq baş məşqçisindən MARAQLI İDDİA

02:40 Milli komanda 97
Azərbaycan millisinin sabiq baş məşqçisindən MARAQLI İDDİA

"İslandiya və Ukrayna yaxşı komandadır".

Sportinfo.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin sabiq baş məşqçisi Nikola Yurçeviç DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin püşkünü dəyərləndirərkən deyib.

Xorvatiyalı mütəxəssis bildirib ki, Azərbaycan yığması hər iki rəqiblə başabaş mübarizə apara bilər:

"Çünki İslandiya və Ukrayna yüksək səviyyədə çıxış edən komandalar deyil. Onlara qarşı oynamaq olar.

Bizə gəlincə, Fransa favorit sayılsa da, Xorvatiya millisi də yaxşı kollektivdir. Düşünürəm ki, fransızlara qalib gələrək, D qrupuna düşə bilərik".

Onun sözlərinə görə, Azərbaycan millisinin bu qrupda pley-offa vəsiqə qazanmaq şansı var:

"Düzdür, yığmanız Millətlər Liqasının son mövsümündə uğursuzluq yaşadı.

Buna baxmayaraq, Azərbaycan millisinə böyük təcrübəyə malik Fernandu Santuş kimi güclü baş məşqçi rəhbərlik edir. Fikrimcə, portuqaliyalı çalışdırıcı postunda qalmalıdır".

Azərbaycan millisi seçmə mərhələdə Fransa/Xorvatiya cütünün qalibi, İslandiya və Ukrayna ilə birlikdə D qrupunda mübarizə aparacaq.

Digər Xəbərlər
Xəbər Lenti
17 Dekabr 20:40 Sizə soyuq deyil? - VİDEO