COP29

“Bəxtimiz gətirdi, İslandiya və Azərbaycan ən güclü rəqiblər deyil”

16 Dekabr 22:40 Milli komanda 188
“Bəxtimiz gətirdi, İslandiya və Azərbaycan ən güclü rəqiblər deyil”

Ukrayna millisinin sabiq hücumçusu Maksim Feşuk DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində yığma komandasının Azərbaycan, İslandiya ilə eyni qrupa düşməsini şərh edib.

Sportinfo.az “Tribuna”ya istinadən xəbər verir ki, veteran futbolçu millimiz barədə bunları deyib:

“Düşünürəm ki, müəyyən dərəcədə bəxtimiz gətirdi. Axı üçüncü və dördüncü səbətdə yer alan komandalar İslandiya və Azərbaycan, məncə, ən güclü rəqiblər deyil.

Bu baxımdan mən vəziyyət pozitiv yanaşıram. Sadəcə, yeganə sual qrupa düşəcək digər komandanın Xorvatiya, yoxsa Fransa olmasdır, amma ümumilikdə bizim üçün çox yaxşıdır”.

Ukraynalı “Karpatı”, “Tavriya”, “Şaxtyor”(Karaqanda), “Daçiya”, “Arsenal”(Kiyev) klublarında oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti
16 Dekabr 17:20 Rəşad və "Qarabağ"...