COP29

AFFA-nın icraçı vitse-prezidenti: "Millimiz istənilən rəqibə qarşı mübarizə aparmalıdır"

13 Dekabr 13:40 Milli komanda 237
AFFA-nın icraçı vitse-prezidenti: "Millimiz istənilən rəqibə qarşı mübarizə aparmalıdır"

"Millimiz istənilən rəqibə qarşı mübarizə aparmalıdır".

Sportinfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev deyib.

O, bu gün baş tutacaq DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin püşkündən gözləntilərini açıqlayıb:

"Hansısa rəqibin adını çəkmək düzgün olmaz. Yığmamız matçlarda sonadək "döyüşməlidir". Nəticə görüşlərdən sonra bəlli olacaq".

Bu gün futbol üzrə 2026-cı il dünya çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Tədbir İsveçrənin Sürix şəhərində təşkil olunacaq və Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Mərasimdə Azərbaycan millisinin rəqiblərinin də adına aydınlıq gələcək.

DÇ-2026-nın Avropa seçmə mərhələsinə 2025-ci martında start veriləcək, 2026-cı martında isə pley-off oyunları ilə yekun vurulacaq.

Seçmə mərhələdə 12 qrup təşkil ediləcək. Hər qrupda 4 və ya 5 komanda iştirak edəcək.

5 komandalı qruplarda oyunlar 2025-ci ilin martında, 4 komandalı qruplarda isə sentyabrda başlanacaq.

Rəqiblər bir-birinə qarşı evdə və səfərdə olmaqla 2 oyun keçirəcək. Qrup mərhələsinə 2025-ci ilin noyabrında yekun vurulacaq.

Azərbaycan millisi püşkatmada 4-cü səbətdə yer alacaq.

DÇ-2026-nın seçmə mərhələsi 2025-ci ilin martında start götürəcək. Turnirin final mərhələsi isə iyunun 11-dən iyulun 19-dək Kanada, Meksika və ABŞ-də təşkil olunacaq. Bu mundial tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə keçiriləcək.

1-ci səbət: Fransa, İspaniya, İngiltərə, Portuqaliya, Niderland, Belçika, İtaliya, Almaniya, Xorvatiya, İsveçrə, Danimarka, Avstriya

2-ci səbət: Ukrayna, İsveç, Türkiyə, Uels, Macarıstan, Serbiya, Polşa, Rumıniya, Yunanıstan, Slovakiya, Çexiya, Norveç

3-cü səbət: Şotlandiya, Sloveniya, İrlandiya, Albaniya, Şimali Makedoniya, Gürcüstan, Finlandiya, İslandiya, Şimali İrlandiya, Monteneqro, Bosniya və Herseqovina, İsrail

4-cü səbət: Bolqarıstan, Lüksemburq, Belarusiya, Kosovo, Ermənistan, Qazaxıstan, Azərbaycan, Estoniya, Kipr, Farer adaları, Latviya, Litva

5-ci səbət: Moldova, Malta, Andorra, Cəbəllütariq, Lixtenşteyn, San-Marino.

Digər Xəbərlər
Xəbər Lenti
13 Dekabr 18:10 Çək və bizə göndər!
13 Dekabr 11:20 Bu işdə uğur var!