Millinin baş məşqçisi Fernandu Santuş AFFA qarşısında yeni təkliflə çıxış edib.
Portuqaliyalı çalışdırıcı federasiyanın nəzdində fəaliyyət göstərəcək futbol akademiyasının yaradılması təşəbbüsü irəli sürüb.
70 yaşlı mütəxəssis bildirib ki, belə bir təşkilatlanmaya ehtiyac var və o Bakıda qurulmalıdır.
Santuşun təklifinə görə, respublikanın dörd bir tərəfində seleksiya işi aparılmalı, 6-15 yaş aralığında uşaq və yeniyetmələr akademiyaya cəlb olunmalıdır.
Vaxtilə «Portu»nun sükanı arxasında dayanmış Santuş həmin məktəbin layihəsini hazırlamağı da öz üzərinə götürüb.
Yığmanın baş məşqçisi ölkəsindən və İspaniyadan olan mütəxəssislərin akademiyaya dəvət edilməsini məqsədəuyğun sayır. Sabiq «Beşiktaş»lı ora ümumi nəzarətə də üstlənməyə razıdır.
SPORTİNFO.AZ