Azərbaycan yığmasının UEFA Millətlər Liqasında D liqasına düşməsi Fernandu Santuşun antirekordları ilə yadda qalıb.
Sportinfo.az xəbər verir ki, C Liqasının I qrupunun son turunda İsveçə 0:6 kimi hesablı uduzmaq onun üçün bir ilk olub.
Belə ki 70 yaşlı baş məşqçi bundan əvvəl ən pis halda dörd top fərqiylə yenilgilər yaşayıb.
Portuqaliyalı mütəxəssis AEK-də işləyəndə UEFA kubokunda “Zenit”ə 1:5, Yunanıstan çempionatında da “İraklis”ə 0:4 hesabı ilə uduzub.
Həmçinin “Eştrela Amadora” və “Sportinq”də də 0:4 hesablı məğlubiyyətlər görüb.