“Demişəm, deyirəm, bizim birinci problemimiz AFFA-dakı idarəcilikdədir”.
Bu fikirlər “Sportinfo TV”nin redaktoru İlkin Fikrətoğluna məxsusdur.
Tanınmış telejurnalist Millətlər Liqasında biabırçı çıxış edən Azərbaycan yığmasının üzləşdiyi vəziyyətin federasiyadan qaynaqlandığını bildirib.
İ.Fikrətoğlu söyləyib ki, I qrupda cəmi 1 xal toplayaraq C Liqasından D Liqasına yuvarlanan komanda AFFA-nın sabiq icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədovun “əsər”idir.
Sitat: “Yeddi aydır idarəçiliyə gələnlərdən hələ ki, çox şey tələb etmək dügün olmaz. Amma indiyə qədər olanlardan nəticə çıxarmayıb, milli komandaya yenə xarici baş məşqçi gətirən də bu rəhbərlikdir,
7 aydır əlini, qolunu sallayıb hec nə etməyən də onlardır. Başları qarışıb hələ starategiya yazmağa.
Bizim futbolun probleminin kökünü qazsaq, AFFA-da ən uzun müddətə hakimiyyətdə olan. ən cox büdcəylə təmin olunan Rövnəq Abdullayev-Elxan Məmmədov tandemidir günahkar.
Daha cox da futbolu 15 ilə yaxın təkbaşına idarə edən Elxan Məmmədov. Məhz bu adamın yarıtmaz fəaliiyətinin nəticəsidir ki, bu gün milli komamda belə oyuncuların ümidinə qalıb.
Zamanında düzgün iş qursaydı, diqqət və bacarığını stadion tenderlərinə, top-forma biznesinə deyil, uşaq futoblunun inkişafına yönəltisəydi, indi ortalığa çıxarası 5-10 oyunçumuz olar, daha gedib Andorra ilə Lixtenşeteynin yanına düşməzdik”.