"AFFA həmişə milliyə bitmiş əcnəbi məşqçiləri gətirib".
Bu fikirlər futbol eksperti Emin Abbasova məxsusdur.
O, ATV kanalında yayımlanan «Futbolumuz» verlişində federasiyanın yanlış strategiyasından söz açıb.
Tanınmış teleşərhçi 2024-cü ildən bu tərəfə ölkəmizin bir nömrəli komandasının əsasən xaricilərə tapşırldığını xatırladıb.
Bildirib ki, Berti Foqts, Robert Prosineçki, Nikola Yurçeviç, Canni De Byazi yığmamızda uğursuzluğa düçar olub, indi də onların aqibətini Fernandu Santuş yaşayır.
Abbasov qeyd edib ki, onlar ölkəmizdən gedəndən sonra özlərinə normal iş yeri tapmayıblar: «Əcnəbilər bizi aldatmırlar. Biz özümüz özümü aldadırıq».
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN