COP29

"Stok Siti"nin qapıçısı Azərbaycanla matçı unuda bilmir: "Debütüm yaxşı alındı"

01:50 Milli komanda 73
"Stok Siti"nin qapıçısı Azərbaycanla matçı unuda bilmir: "Debütüm yaxşı alındı"

İsveç komandasının qapıçısı Viktor Yohanson Millətlər Liqasında Azərbaycana qarşı Bakıda keçirilmiş (1:3) oyunu xatırlayıb.

Sportinfo.az “Fotbollskanalen” portalına istinadən xəbər verir ki, “Stok Siti”nin 26 yaşlı qapıçısı

"Müdafiədə yeni simalarla bağlı narahatlıq? Bunun həqiqətən əhəmiyyəti yoxdur.

Biz meydandan kənarda bir-birimizi yaxşı tanıyırıq və onlar hamı əllərindən gələni etməyə çalışırlar. Milli komandaya çağırılan hər kəs inanılmaz dərəcədə istedadlıdır.

Azərbaycanla oyunda şans qazandığım üçün çox şadam. Milli komandanın formasını geyinmək inanılmaz dərəcədə gözəldir.

Bakıdakı (3:1) baş tutan beynəlxalq səviyyədə debütümə gəlincə, bu, çox xoş oldu. Yaxşı debüt alınmışdı.

Evdəki görüşdə də rəqibimizə qalib gəldik. Qrupu lider tamamlamaq ayrıca sevincdir".

İsveçli qolkiper "Aston Villa", "Lester", "Roterham" klublarında oynadıqdan sonra 2024-cü ildə "Stok Siti"yə keçib. O, 2023-cü ildən İsveçin əsas millisinə cəlb olunur.

Digər Xəbərlər
Xəbər Lenti
22 Noyabr 18:10 Çək və bizə göndər!
22 Noyabr 03:40 “Araz” Gəncəyə getdi
22 Noyabr 03:10 “Difai” Buzovna yolunda
22 Noyabr 02:50 "Turan" 2 manat istəyir