“Təkmilləşdirməli olduğumuz çox şey var. Bu, bizim əsl gücümüz deyil”.
Sportinfo.az xəbər verir ki, bu sözləri İsveç millisinin baş məşqçisi Yon Dal Tomasson UEFA Millətlər Liqasının C Divizionunun sonuncu – VI turunda Azərbaycan yığmasına (6:0) qalib gəldikləri oyun barədə danışarkən deyib.
O, qələbədən sonra komandada ab-havanın yaxşı olduğunu bildirib:
“Komanda ruhu pis olarsa, heç vaxt nəsə qazana bilməzsiniz. Millidə güclü rəqabət var.
Lakin heç oynamayan futbolçu yoxdur. Bütün oyunçulara şans verirəm”.
C Liqasında 16 xal toplayan İsveç seçməsi B Divizionuna vəsiqə qazanıb.