COP29

İndi hamı ondan istefa ərizəsi gözləyir

02:20 Milli komanda 169
İndi hamı ondan istefa ərizəsi gözləyir

Neçə gündür hamı millimizin biabırçı məğlubiyyətindən danışır. İsveçdə yalnız bəxt sayəsində qapısında cəmi 6 qol görən yığmamız o qədər aciz görünürdü ki, daha böyük hesabla məğlub olmamağımıza şükr etməliyik.

Futbolçularımız üçün qorxulu yuxuya çevrilən bu oyunda diqqətçəkən hadisələrdən biri də, hesab 5-0 olarkən Fernandu Santuşun ciddi-ciddi qeydlər aparması idi.

Görən, ağsaqqal həmin an nə yazırdı, nədən yazırdı... Oyunu şərh eləyən həmkarımız Şəmsəddin Abbasov bunun istefa ərizəsi də ola biləcəyini ehtimal etmişdi.

Santuş başa düşməlidir ki, bundan sonra nə yazsa da, olan iş deyil. AFFA-nın illərdi yazdığına belə yaxın vaxtda pozu yoxdur. Bunu Santuş bura gəlməmişdən bilməliydi. Bəlkə də bilirdi, amma puldan keçə bilməyib özünü biabır etməyə razılıq vermiş oldu.

İndi hamı ondan istefa ərizəsi gözləyir. Millətlər Liqasında D Liqasına düşməklə AVRO-2028-ə düşmək şansımız da artıq real görünmür. Çünki D Liqası Avropa çempionatının final mərhələsinə vəsiqə vermir, bunu seçmə mərhələdən etmək isə ümumiyyətlə möcüzəyə bərabərdir.

Lakin Santuş getsə belə, yenə də gələcək yaxşı heç nə vəd eləmir. Vəzifəbaz qruplaşmanın əlinə keçən Azərbaycan futbolu hələ yerində çox sayacaq. 3-5 il millətin başını yeni strategiya ilə qatacaqlar, daha 3-5 il nəsildəyişmə adı ilə yola veriləcək. Futbolun inkişafı heç kimə lazım deyil (sportal.az)...

Həmid

Digər Xəbərlər
Xəbər Lenti
21 Noyabr 20:20 AFFA məhkəməyə verildi
21 Noyabr 18:10 Çək və bizə göndər!
21 Noyabr 17:00 VAR, yoxsa YOX?
21 Noyabr 08:20 Cavid öz yerini tapdı