İsveç komandasının forvardı Viktor Qyökereş Millətlər Liqasının C1 qrupunun 6-cı turunda Solnada Azərbaycan üzərində qazandıqları qələbəni (6:0) şərh edib.
Sportinfo.az "TV4 Nyheterna" nəşrinə istinadən xəbər verir ki, millimizə 4 qol vuran Qyökereş təəssüratlarını bölüşüb:
“Bu, olduqca sadədir. Qol vurmaq olduqca xoşdur. Təbii ki, bundan həzz alırsınız.
Amma oyun çoxdur və eyni ruhda davam etməliyik. Hər şey çox yaxşı getsə də, artıq baş verənlərlə yaşamamağa çalışıram
. Millətlər Liqasının bombardiri oldum? Bunu qazanmaq həmişə xoşdur"