Azərbaycan millisi üçün Millət Liqası növbəti dəfə uğursuzluqla yadda qaldı.
Bu dəfə ölkənin bir nömrəli komandası meydana çıxdığı 6 matçda cəmi 1 xal toplaya bildi.
Özü də dişimizə görə rəqib hesab etdiyimiz Estoniya millisi ilə bir qrupda ola-ola.
Əksəriyyət düşünür ki, bu nəticə son illərin ən pisidir.
Fiasko yaşandığını görməmək mümkün deyil.
Elə Sportinfo.az-a açıqlama verən Azərbaycan millisinin və "Qarabağ"ın müdafiəçisi Elvin Cədərquliyev də fiasko yaşandığını açıq etiraf edib:
"Desəm ki, yox, bu yalan olar. Azarkeşlər məni daş-qalaq edər. Hardasa fiasko saymaq olar.
Halbuki qrupda qələbəyə, bərabərliyə layiq oyunlarımız oldu. Təəssüf ki, sonda məğlub olduq. Çox üzgünəm".
XANOĞLAN