Azərbaycan millisi Millətlər Liqasının C Liqasında qrup mərhələsində son matçına çıxıb.
Sportinfo.az xəbər verir ki, 1-ci qrupda sonuncu yeri tutacağı rəsmiləşən yığmamız İsveçdə darmadağın olub.
Hər hissədə 3 qol buraxan Fernandu Santuşun rəhbərlik etdiyi heyət 6:0 hesabı ilə uduzub.
İsveç soyuğuna tab gətirməyən komandamızı Viktor Dyökereş 4 dəfə, Deyan Kulusevski isə iki dəfə məyus edib.
Bu nəticə millimizi birbaşa D liqasına yuvarladıb.