“Sistemli bir iş görülməsə, heç bir effekt ala bilməyəcəyik”.
Bu fikirlər “Neftçi”nin sabiq idman direktoru Ceyhun Sultabova aiddir.
O, millimizin baş məşqçisi Fernandu Santuşun Azərbaycanın AVRO-2028-ə vəsiqə qazanmaq perspektivi haqda söylədikləri ilə razılaşmayıb.
ATV kanalında yayımlanan “Futbolumuz” verlişinin qonağı olan keçmiş klub funksioneri portuqaliyalı mütəxəssisin utopiya danışdığını söyləyib.
Onun fikrincə, millimiz nəinki 2028, heç 2038-ə qədər də düzəlməyəcək.
Sultanov rəyini futbolçuların potensialının aşağı olmasıyla əlaqələndirib:
“Santuş yaddan çıxarır ki, o, Ronaldo ilə işləmir.
Onun futbolçuları Ramil Şeydayev və Renat Dadaşovdur. Bunlar da 1-2 iki ilə həmin səviyyəyə çatan deyil”.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN