17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində bu gün son oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, İlham Yadullayevin baş məşqçisi olduğu komanda 3-cü matçında Rumıniya ilə üz-üzə gəlib.
Rumıniyanın Buftya şəhərində keçirilən qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
U-17 millimiz daha əvvəl Yunanıstana 0:3, Macarıstana isə 0:4 hesabı ilə məğlub olub.
Qrupun digər matçında isə Yunanıstan və Macarıstan milliləri üz-üzə gəlib. Bu oyunda da qalib müəyyənləşməyib - 2:2.
Bu nəticədən sonra.Azərbaycan millisi qrupda 1 xalla sonuncu yerdədir.
19 noyabr
Avro-2025-in seçmə mərhələsi
14:00. Azərbaycan (U-17) - Rumıniya (U-17) - 1:1
Qollar: Rares Koman, 40 (0:1), Əlibəy Mahmudov, 82 (1:1)
Rumıniya Milli Futbol Mərkəzinin stadionu
14:00.Yunanıstan (U-17) - Macarıstan (U-17) - 2:2
Xallar: Yunanıstan - 7, Macarıstan - 5, Rumıniya - 2, Azərbaycan - 1.