UEFA Millətlər Liqası çərçivəsində İsveç yığması ilə qarşılaşacaq Azərbaycan milli komandası oyunun keçiriləcəyi Solna şəhərinə yola düşüb.
Sportinfo.az xəbər verir ki, millimizi səfərə aparan təyyarə saat 16:30-da Qəbələ Beynəlxalq Hava Limanını tərk edib.
Komandamız noyabrın 18-də Bakı vaxtı ilə saat 21:00-da matçın baş tutacağı “Strouberri Arena”da son məşqinə çıxacaq.
Noyabrın 19-da keçiriləcək İsveç - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.