Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.
Müdafiəçilər Elvin Cəfərquliyev, Rahil Məmmədov və yarımmüdafiəçi Mustafa Əhmədzadə heyətdən çıxarılıb.
Adıçəkilənlər bu səbəbdən İsveçə səfərinə yollanmayacaq.
Rahil Məmmədovun millidən uzaq düşməsinə Estoniya ilə qarşılaşmada aldığı zədə, Elvin Cəfərquliyevin isə gördüyü növbəti sarı vərəqə milli komandadan kənarda qalmasına səbəb olub.
Maraqlıdır, ilk dəfə milliyə dəvət edilən Mustafa Əhmədzadənin adı niyə siyahıdan çıxarılıb?
Nəzərə alaq ki, ağır səfər öncəsi heyət də kasaddır.
Əldə etdiyimiz məlumata görə, qərarı Fernandu Santuş verməyib.
Müəmmanın səbəbi Əhmədzadənin sənədlərində yaranan problem olub. Orta sahə oyunçusu üçün viza almaq mümkün olmadığına görə İsveçə aparılmayıb.
Qeyd edək ki, UEFA Millətlər Liqasının qrup mərhələsinin İsveç - Azərbaycan oyunu noyabrın 19-da, Bakı vaxtı ilə saat 23:45-də "Strouberri Arena"da keçiriləcək.
XANOĞLAN/ SPORTİNFO.AZ