Azərbaycan yığması bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində Qəbələdə Estoniyanı qəbul edəcək.
Sportinfo.az xəbər verir ki, C Liqasının I qrupunun oyunu saat 18:00-da başlayacaq.
Matçı Şotlandiyadan olan FIFA referisi Con Biton idarə edəcək. Qrupun digər görüşündə Slovakiya İsveçin qonağı olacaq. Bu oyunun start fiti Bakı vaxtı ilə saat 23:45-də səslənəcək.
Azərbaycan millisi əvvəlki dörd qarşılaşmada Estoniya (1:3), Slovakiya (0:2, 1:3) və İsveçə (1:3) uduzub.
I qrupda İsveç və Slovakiyanın 10, Estoniyanın 3 xalı var. Yığmamız isə hələlik xal qazana bilməyib.
16 noyabr
V tur
18:00. Azərbaycan - Estoniya 0:0
Baş hakim: Con Biton (Şotlandiya).
Qəbələ şəhər stadionu.
Azərbaycan: 23. Rza Cəfərov, 3. Elvin Cəfərquliyev, 6. Ozan Can Kökçü, 7. Coşqun Diniyev, 11. Ramil Şeydayev, 13. Rahil Məmmədov, 15. Bədavi Hüseynov (k), 17. Toral Bayramov, 20. Aleksey İsayev, 21. Abbas Hüseynov, 22. Musa Qurbanlı.
Ehtiyat oyunçular: 1. Nicat Mehbalıyev, 12. Aydın Bayramov, 2. Amin Seydiyev, 4. Bəhlul Mustafazadə, 5. Anton Krivotsyuk, 8. İsmayıl İbrahimli, 9. Nəriman Axundzadə, 10. Mustafa Əhmədzadə, 14. Zamiq Əliyev, 16. Səbuhi Abdullazadə, 18. Ceyhun Nuriyev, 19. Xəyal Nəcəfov.
Baş məşqçi: Fernando Santos.
Estoniya: 12. Karl Yakob Heyn, 4. Mihael Şyonninq-Larsen, 5. Rokko Robert Şeyn, 8. Henri Anyer, 11. Kevor Palumets, 13. Maksim Paskotsi, 16. Yoonas Tamm, 17. Martin Miller, 18. Karol Mets (k), 20. Markus Poom, 23. Vlasi Sinyavski.
Ehtiyat oyunçular: 1. Matvey İqonen, 22. Karl Vallner, 2. Markus Soomets, 3. Yozef Saliste, 6. Rasmus Peetson, 7. Robi Saarma, 9. İoan Yakovlev, 10. Sergey Zenyov, 14. Patrik Kristal, 15. Aleks Tamm, 19. Mixael Lilander, 21. Martin Vetkal.
Baş məşqçi: Yürgen Henn.