Estoniya komandasının kapitanı Karol Mets Millətlər Liqasının C1 qrupunun V turunun Qəbələdə Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.
Sportinfo.az “Soccernet”ə istinadən xəbər verir ki, Estoniyanın aparıcı üzvü millimiz haqda bunları deyib:
“Biz Millətlər Liqasında mövsümü layiqli başa vurmaq istəyirik və bu səbəbdən Slovakiya ilə matç da çox vacibdir.
Üstəlik, son vaxtlar daha güclü komandalara qarşı yaxşı nəticə əldə etmirik. Bununla belə, əsas diqqət, əlbəttə ki, Azərbaycanla oyuna yönələcək.
Düzünü desək, bu, əsas görüş olacaq. Bu oyun C divizionunda qalmaq üçün böyük bir addım ola bilər”.
Azərbaycan - Estoniya oyunu noyabrın 16-da Qəbələ şəhər stadionunda keçiriləcək və görüşə saat 18:00-da start veriləcək.