COP29

“Düzünü desək..” – Kapitan Azərbaycanla oyuna necə yanaşır?

14 Noyabr 14:20 Milli komanda 349
“Düzünü desək..” – Kapitan Azərbaycanla oyuna necə yanaşır?

Estoniya millisinin kapitanı Karol Mets Millətlər Liqasında Azərbaycan və Slovakiya ilə qarşıdan gələn oyunlardan danışıb.

Sportinfo.az "soccernet"ə istinadən xəbər verir ki, Almaniyanın "Sankt-Pauli" klubunda çıxış edən müdafiəçi Azərbaycanla matçın daha vacib olduğunu bildirib:

“Biz də Millətlər Liqasında mövsümü layiqincə başa vurmaq istəyirik. Bu səbəbdən Slovakiya ilə oyun da çox önəmlidir.

Son vaxtlar böyük komandalara qarşı nəticə əldə etmirik. Bununla belə, əsas diqqət mütləq Azərbaycanla oyuna yönələcək.

Düzünü desək, bu, əsas oyun olacaq, C liqasında qalmaq üçün burada böyük addım ata bilərik”.

31 yaşlı futbolçu hər iki rəqibə çox ciddi yanaşmalı olduqlarını da vurğulayıb:

“Azərbaycan və ya Slovakiya ilə oyunun tempi gündəlik alışdığımdan (Bundesliqadakı oyunları nəzərdə tutur - red.) bir qədər aşağı ola bilər.

Lakin hazırlıq, diqqət və konsentrasiya yüz faiz olmalıdır. Nisbətən zəif rəqiblərə başqa cür yanaşmaq olmaz”.

Noyabrın 16-da Qəbələdə oynanılacaq Azərbaycan - Estoniya matçı saat 18:00-da başlayacaq. Komandalar arasında 3-cü turda keçirilən oyun estonların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Hazırda Estoniya millisi 3 xalla 3-cü pillədə qərarlaşıb. Xalı olmayan Azərbaycan millisi isə sonuncu - 4-cüdür.

Digər Xəbərlər
Xəbər Lenti
23 Dekabr 22:00 Gəl, müqaviləni uzat!
23 Dekabr 20:00 Juninyo gedir...