Azərbaycan yığması noyabrın 16-da çox əhəmiyyətli oyuna çıxacaq.
Komandamız həmin gün Estoniyanı qəbul edəcək.
Bu matçın yekununda bilinəcək ki, Fernandu Santuşun çalışdırdığı kollektiv Millətlər Liqasının C Divizonunda qalacaq, ya yox. I qrupunda yer alan millimiz ilk 4 turda xal toplamayıb və sonuncu sıradadır.
Tallində 1:3 hesabıyla uduzan yığmamız Qəbələdə revanş ala bilməsə, böyük ehtimalla, bir daha hazırkı pilləni tərk edə bilməyəcək və ən axırıncı - D divizionuna yuvarlanacaq.
AFFA rəhbərliyi bu təhlükəni anlayır. Rövşən Nəcəf kollektivi qələbəyə ruhlandırmaq məqsədilə mükafat fondu ayırıb.
Federasiya prezidenti adından hər futbolçuya 30 min manat «ənam» vəd olunub.
SPORTİNFO.AZ