Azərbaycan millisinin UEFA Millətlər Liqasının V turunda Estoniyaya qarşı keçirəcəyi matçın təyinatları açıqlanıb.
Sportinfo.az-ın qurumun mətbuat xidmətinə istinadən məlumatına görə, Qəbələ şəhər stadionunda təşkil olunacaq görüşü Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.
Görüş noyabrın 16-da keçiriləcək.
16 noyabr
18:00. Azərbaycan - Estoniya
Hakimlər Con Biton, Daniel Makfarlan, Devid Makqeçi, Metyu Makdermid (Şotlandiya).
VAR: Endryu Dallas (Şotlandiya).
AVAR: Nikolas Uolş (Şotlandiya).
Hakim-inspektor: Albano Yanku (Albaniya).
UEFA nümayəndəsi: Yeva Qayevska (Polşa).
Qəbələ şəhər stadionu.