Estoniya mətbuatı UEFA Millətlər Liqasında oynayacağı Azərbaycan millisinin heyətini ilə bağlı yazı hazırlayıb.
Sportinfo.az soccernet.ee-yə istinadən xəbər verir ki, Fernandu Santuşun “24-lüy”ündə əsas diqqəti qapıçılar çəkib.
Millimizə dəvət olunan qapıçılardan yalnız Rza Cəfərovun 1 oyunda yığma forması ilə meydana çıxdığı vurğulanıb.
21 yaşlı qapıçı Arif Əsədovun baş məşqçi vəzifəsini müvəqqəti icra etdiyi dönəmdə Monqolistana (1:0) qarşı keçirilən yoldaşlıq oyununda debüt edib.
Aydın Bayramov və Nicat Mehbalıyev isə hələ millidə debüt etməyib. Ötən oyunlarda yığmanın qapısını qoruyan Mehti Cənnətov isə 4 oyunda qapısında 11 top görüb.
Azərbaycan – Estoniya matçı noyabrın 16-da Qəbələdə keçiriləcək.