Millətlər Liqasının Azərbaycan - Estoniya oyunu öncəsi təşkil olunacaq mətbuat konfranslarının və açıq məşqlərin vaxtı bəlli olub.
Sportinfo.az xəbər verir ki, noyabrın 15-dəki tədbirlərin vaxtını AFFA-nın mətbuat xidməti açıqlayıb.
Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş və futbolçularından birinin iştirak edəcəyi mətbuat konfransı saat 10:45-də başlayacaq.
45 dəqiqə sonra isə yığmamız oyunöncəsi son hazırlığına start verəcək. Məşqin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq.
Estoniya millisinin baş məşqçisi Yurgen Henn və futbolçusu 16:45-də jurnalistlər önünə çıxacaq. Mətbuat konfransından 45 dəqiqə sonra ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşq başlayacaq.
Azərbaycan – Estoniya matçı noyabrın 16-da, Qəbələ şəhər stadionunda keçiriləcək.