COP29

"Fernandu Santuş bu qərarı ilə göstərdi ki…"

10 Noyabr 20:25 Milli komanda 3 260
"Fernandu Santuş bu qərarı ilə göstərdi ki…"

Fernandu Santuş Azərbaycan komandasının UEFA Millətlər Liqasında İsveç və Estoniya ilə keçirəcəyi oyunlar üçün 24 futbolçuya dəvət yolladı.

Ötən seçmə oyunlardan fərqli olaraq, bu dəfə 6 nəfər - Mehdi Cənnətov, Qismət Alıyev, Renat Dadaşov, Şəhriyar Əliyev, Yusif İmanov və Elvin Camalov kənarda qaldı.

Əvəzində siyahıda yeni simalar yer alıb.

Mustafa Əhmədzadə ilk dəfə milli komandaya dəvət olunubsa, Səbuhi Abdullazadə, Rza Cəfərov, Nicat Mehbalıyev, Nəriman Axundzadə, Amil Seydiyev müəyyən aradan sonra ölkənin bir nömrəli komandasında yenidən yer alacaqlar

Sportinfo.az-a açıqlama verən futbol mütəxəssisi Adil Şükürov əcnəbi çalışdırıcının qərarını şərh edib:

"İlk olaraq onu deyim ki, Santoş milliyə birdən-birə bu qədər yeni futbolçunu çağırmaqla, hər kəsin milliyə dəvət ala biləcəyini göstərdi.

Fernando Santoş bütün çempionat oyunlarını izlədiyini və hansı futbolçunun daha yaxşı formada olduğunu nəzərə alaraqdan milliyə dəvət edəcəyini bildirdi.

Məncə, bu cür yanaşma bütün futbolçulara çağırışdır. Yəni futbolçular daima öz üzərlərində çalışmalı, yaxşı formada olmalıdır ki, milli komandaya dəvət alsınlar.

Amma eyni zamanda unutmaq lazım deyil ki, milli də formalaşmış bir heyətdə olmalıdır. Yeni cəlb olunan futbolçular milli komandada tələblərin nə olduğunu əyani şəkildə görsünlər".

Şükürov sonda bir adın kənarda qalmasına təəccübünü gizlətməyib:

"Mən daha çox İsmayıl İbrahimlinin çağrılmasını gözdüyürdüm. Çünki İsmayıl son zamanlar stabil oyunu ilə "Zirə"nin uğuru üçün çalışır".

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti