COP29

Santuş bu qərarı ilə özünü Qurban Qurbanova OXŞATDI

8 Noyabr 19:00 Milli komanda 1 758
Santuş bu qərarı ilə özünü Qurban Qurbanova OXŞATDI

Fernandu Santuş Azərbaycan milli komandasının UEFA Millətlər Liqasında İsveç və Estoniya ilə keçirəcəyi oyunlar üçün heyətini açıqlayıb.

Portuqaliyalı mütəxəssis yığmaya 24 futbolçu dəvət edib.

Ötən seçmə oyunlardan fərqli olaraq, bu dəfə 6 nəfər - Mehdi Cənnətov, Qismət Alıyev, Renat Dadaşov, Şəhriyar Əliyev, Yusif İmanov və Elvin Camalov kənarda qalıb.

Əvəzində siyahıda yeni simalar yer alıb.

Mustafa Əhmədzadə ilk dəfə milli komandaya dəvət olunubsa, Səbuhi Abdullazadə, Rza Cəfərov, Nicat Mehbalıyev, Nəriman Axundzadə, Amil Seydiyev müəyyən aradan sonra ölkənin bir nömrəli komandasında yenidən yer alacaqlar.

Kütləvi dəyişiklik müəyyən qəribəliklə qarşılanıb. Axı Santuşun sələflərində belə hal yaşanmırdı.

Aşağı-yuxarı kimlərin milli komandaya dəvət alacağını öncədən bilirdik.

Sonuncu dəfə belə mənzərə Qurban Qurbanov milli komandanın baş məşqçisi olanda yaşanıb.

O da maksimum hər kəs üçün yığmanın qapılarının açıq olduğunu göstərirdi. Görünür, Santuş da eyni xətlə gedir.

Seçim elə belə də aparılmalıdır.

Çünki milli komandaya hazırkı durumda forması qənaətbəxş olanlar dəvət edilir.

Ola bilər ki, kimsə 2 ay əvvəl məşqçi, azarkeş üçün vazkeçilməz biri olsun. Amma bu gün performansı ürəkaçan deyilsə kənarda qalmağa məhkumdur.

İddia etmirəm ki, Santuşun bütün qərarları 100% yerində və doğrudur. Bu, fərdlərə görə dəyişə bilər. Amma yanaşması çox düzgün və qəbulediləndir.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Dekabr 04:10 Xəzərdə zəlzələ oldu