COP29

Santuşun yeni tapıntısı "Sportinfo"ya danışdı: "Mənim üçün ikiqat bayram oldu"

8 Noyabr 14:20 Milli komanda 1 897
Santuşun yeni tapıntısı "Sportinfo"ya danışdı: "Mənim üçün ikiqat bayram oldu"

Fernandu Santuş Azərbaycan milli komandasının UEFA Millətlər Liqasında İsveç və Estoniya ilə keçirəcəyi oyunlar üçün heyətini açıqlayıb.

24 nəfərlik siyahıda "Araz-Naxçıvan"ın yeni parlayan gənc üzvü Mustafa Əhmədzadə də yer alıb.

İlk dəfə ölkənin əsas milli komandasına dəvət alan 21 yaşlı yarımmüdafiəçi təəssüratlarını Sportinfo.az-la bölüşüb:

"Zəfər günümüz mubarək. Allah xalqımıza hər zaman gözəl günlər yaşamağı nəsib eləsin. Mənim üçün sürpriz oldu.

Bir növ ikiqat bayram oldu. Çünki indiyə qədər aşağı yaş qrupuna aid millilərin heç birinə dəvət almamışdım.

Millidə oynamaq, o formanı geyinmək, qalib ordunun yaşıl meydanda əsgəri olmaq fəxrdir.

Bu dəvətdə klubumun da xidməti danılmazdır. Heç kimin tanımadığı bir futbolçunu komandaya götürdülər, bəzən əvəzetmədən, bəzən isə əsas heyətdə oynamaq şansı verdilər.

Buna görə baş məşqçimiz Elmar Baxşıyev başda olmaqla komandama təşəkkür edirəm.

Ümid edirəm ki, gələcəkdə klubumuzdan daha çox oyunçu dəvət alar. Ötən toplanışda Vadim Abdullayev orada idi, bu gün mən dəvət aldım.

Milli qürur yerimizdir. Çalışacağıq ki, dəvəti, etimadı dogruldaq.

Belə sans hər zaman ələ düşmür. Maksimum istifadə etməyə, millinin daimi üzvünə çevrilməyə çalışacam".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti