COP29

ETİRAF: "Açıq deyim ki, Fernandu Santuşdan dəvət gözləyirdim"

6 Noyabr 20:40 Milli komanda 2 456
ETİRAF: "Açıq deyim ki, Fernandu Santuşdan dəvət gözləyirdim"

Mövsümü ideala yaxın keçirən futbolçulardan biri də Bəxtiyar Həsənalızadədir.

Bu gün "Araz Naxçıvan"ın uğurlu çıxış etməsində müdafiəçinin böyük payı var.

31 yaşlı futbolçu komandasının etibarlı müdafiə olunmasında iştirak etdiyi kimi, hücum fazasında da xidməti az deyil.

O, iştirak etdiyi 11 matçda 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Amma nədənsə Azərbaycan millisinin baş məşqçisi Fernando Santuş onu yığmaya dəvət etmədi.

Qarşıdan Estoniya və İsveç yığmaları ilə matçlar gəlir.

Görəsən, Bəxtiyar bu dəfə dəvət alacağını gözləyir?

Bu barədə danışmaq istəməyən arxa xətt oyunçusu israrımızdan sonra bunları dedi:

"Bu haqda nəsə danışmağım artıq olardı. Ola bilər ki, baş məşqçinin düşüncələri tam başqadır.

Mənim işim futbol oynamaqdır. Nəsə deyə bilmərəm.

Milli komanda bizim üçün dəyərlidir. Nə zaman çağırsalar getmək borcumuzdur, aAmma açıq deyəsi olsam, bəli, təklif gözləyirdim".

Həsənalızadə "Kənarda qalmağın motivasiyana təsir edirmi" sualına isə belə cavab verib:

"Təklif gözlədiyim üçün ola bilər təsir etsin. Lakin dəvət alan futbolçular da milli komandaya layiqdir. Bununla təsəlli tapıram".

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti