COP29

"Azərbaycan millisindən zəng vurdular, pasport verirdilər, imtina etdim”

2 Noyabr 09:20 Milli komanda 756
"Azərbaycan millisindən zəng vurdular, pasport verirdilər, imtina etdim”

“Metalist”iin (Xarkov) yarımmüdafiəçisi Ramik Hacıyev Azərbaycan millisində oynamaqdan imtina etdiyini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, “UkrFootball” saytına danışan Hacıyev məsələ haqda bunları deyib:

"Azərbaycan millisinin skautları mənə zəng edərək komandada görmək istədiklərini dedilər. Bu ölkənin futbol federasiyası özü müraciət etməmişdi.

Bildirdilər ki, pasport almaq problem olmayacaq, əsas mənim razılığımdır. Mən isə imtina etdim.

Hazırda bu, son qərarımdır. Çünki Ukrayna millisində oynamaq istəyirəm”.

Hacıyev indiyə qədər Ukraynanın U-19 yığmasında 7 oyun keçirib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Dekabr 22:00 Gəl, müqaviləni uzat!
23 Dekabr 20:00 Juninyo gedir...