COP29

AFFA rəhbərliyi baş məşqçinin bu tələbi ilə niyə razılaşıb? - AÇIQLAMA

30 Oktyabr 10:40 Milli komanda 909
AFFA rəhbərliyi baş məşqçinin bu tələbi ilə niyə razılaşıb? - AÇIQLAMA

Dünən xəbər verdiyimiz kimi, AFFA rəhbərliyi Bakıda fəaliyyət göstərən bahallı otellərdən biri ilə müqavilə imzalayb.

Razılaşmaya əsasən, əsas milli komanda bundan sonra oyunlar vaxtı orada qalacaq və qidalanacaq.

Bunun səbəbkarı Fernandu Santuşdur. Yayda federasiya ilə 4 illik müqavilə bağlamış baş məşqçi futbolçuları qurumun Mərdəkan qəsəbəsində yerləşən bazasında yerləşdirməkdən imtina edib.

Portuqaliyalı mütəxəssis həmin yeri bəyənmir. 70 yaşlı çalışdırıcı hesab edir ki, AFFA dəniz kənarında infrastruktur yaratmaqla böyük səhvə yol verib.

«Beşiktaş»ın sabiq sükançısı yayda dəhşətli dərəcədə isti, qışda soyuq olan məkanda toplanış keçməyi qətiyyən istəməyib.

AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Elnur Məmmədli Sportinfo.az-a açıqlamasında bu məlumatı təsdiqləyib:

«Milli komandanın məşq etdiyi meydançalara yaxın olması baxımından oteldə qalması məqsədəuyğun sayılıb.

Məsafə, yollarda ola biləcək tıxaclar nəzərə alınaraq, belə qərar verilib. Onu da qeyd edim ki, komanda AFFA-nın büdcəsinə uyğun bir oteldə qalıb».

Digər Xəbərlər
Xəbər Lenti
23 Dekabr 22:00 Gəl, müqaviləni uzat!
23 Dekabr 20:00 Juninyo gedir...