COP29

Millimiz can verir: “Ən qısa zamanda vəziyyəti düzəltməliyik”

26 Oktyabr 21:00 Milli komanda 751
Millimiz can verir: “Ən qısa zamanda vəziyyəti düzəltməliyik”

“Ən qısa zamanda vəziyyəti düzəltməliyik”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında millinin müdafiəçisi Bəhlul Mustafazadə deyib.

Bəlli olduğu kimi, komanadamız Millətlər Liqasının ilk dörd turunda məğlubiyyətə uğrayıb.

C divizionun I qrupunda yer alan yığmamız son olaraq səfərdə Estoniyaya, evdə Slovakiyaya uduzub. Bu görüşlər 1:3 hesabıyla bitib.

Həmsöbhətimiz “son iki məğlubiyyəti necə şərh edərdin” sualına cavabında bunları söyləyib:

“Milli komandanın üzvü kimi nəticələrdən çox məyusam. Tək futbolçular yox, hamımız bir yerdə uğursuzluğa son qoymalıyıq.

Millidə olanda yox, hətta oradan ayrılandan sonra hər an komandanı düşünməliyik. Yığmanın daha yaxşı yerlərə gətirmək bizim borcumuzdur.

Milli haqqında daha çox düşünməliyik. Ümid edirəm ki, tezliklə xoş olmayan gedişata son qoyacağıq”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Dekabr 04:10 Xəzərdə zəlzələ oldu