«Sumqayıt»ın məşqçisi Mehman Yunusov yeni təklifi dəyərləndirib.
O, bundan sonra millidə işləyəcək. U-18-i çalışdıran Füzuli Məmmədov onu öz korpusuna daxil edib.
Cütlük ən azı 2025-ci ilin yanvarınadək bir yerdə işləyəcək. Çünki AFFA yığmaların məşqçiləri ilə həmin tarixədək qüvvədə olan müqavilə imzalayıb.
Yunusov vaxtilə əsas millinin formasını geyinib. İndiyədək məşqçi kimi «Şəmkir» və «Sumqayıt»da fəaliyyət göstərib.
2018-2022-ci illərdə Ayxan Abbasovun yardımçısı olaraq Premyer Liqada iş təcrübəsi toplayıb. Ondan bəri klubun akademiyasında çalışmaqdaydı.
SPORTİNFO.AZ