COP29

Bu ölkə yığmamızın futbolçularına viza vermədi

21 Oktyabr 01:20 Milli komanda 323
Bu ölkə yığmamızın futbolçularına viza vermədi

"Böyük Britaniyaya yollananda viza problemləri ilə üzləşdik".

Sportinfo.az xəbər verir ki, bu sözləri 21 yaşlılardan ibarət Azərbaycan millisinin baş məşqçisi Samir Əliyev deyib.

O, A və U-21 millimizin qapıçısı Yusif İmanovun da viza problemi olduğunu qeyd edib:

"Böyük Britaniyaya yollananda viza problemləri ilə üzləşdik. Bir Samiqullinin, bir də Xəyal Fərzullayevin vizası var idi.

Üçüncü qapıçı Rəvan Kazımov isə bizimlə ilk dəfə səfərə gedirdi. O da zədəli idi, gipsi qolundan yenicə çıxarmışdı.

Yusif İmanovun viza problemi var, Rza Cəfərov da əsas yığmadadır,

Demək olar ki, səfərə iki qapıçı ilə getmişdik. Zədəli Rəvanı isə formal olaraq aparmışdıq.

İngiltərəyə gedəndə 6 qapıçı üçün viza açdırmışdıq",- deyə o qeyd edib.

Viza problemi artıq əsas millidə də müşahidə olunur. Belə ki, bu ilin yayında Avstrya səfəri zamanı millimizin müdafiəçisi Elvin Bədəlov da viza problemi yaşamışdı.

Digər Xəbərlər
Xəbər Lenti