COP29

AFFA-da rəhbərlik səviyyəsində MÜBAHİSƏ baş verdi – Bu qədər məşqçi var ki..?

20 Oktyabr 11:05 Milli komanda 2 299
AFFA-da rəhbərlik səviyyəsində MÜBAHİSƏ baş verdi – Bu qədər məşqçi var ki..?

AFFA rəhbərliyi ilə qurumun texniki direktor Cahangir Həsənzadə arasında növbəti problem yaranıb.

Hadisə aşağı yaş qrupları üzrə yığmalara görə baş verib.

Belə ki, federasiya başbilənləri «U-lar»a nəzarət edən direktora burada çalışa biləcək yerli məşqçilərin geniş siyahısını hazırlamağı tapşırıb.

Həsənzadəyə «30 nəfərlik siyahı tərtib et və bizə gətir» göstərişi verilib. Elxan Məmmədovun kadrının reaksiyası sərt olub: «Azərbaycanda 30 məşqçi var ki, mən də onların adlarını yazım?».

Aşağı yaş qrupları üzrə millilərin məşqçilərinin AFFA ilə müqaviləsi yanvarın 1-dək qüvvədədir. Rövşən Nəcəf yeni ildən etibarən bu komandaları əcnəbilərə tapşırmaq niyyətindədir.

Federasiya prezidenti bununla bağlı planlarını korrektə etmək üçün yaxın çevrəsiylə məsləhətləşmələr aparıb.

Onun fikrincə, yerli mütəxəssislər yığmaların səviyyəsini qaldırmaq gücündə deyil. Nəcəf onları yalnız köməkçi vəzifəsində görür.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti